Bakıda ər arvadını döyərək ona ağır xəsarətlər yetirib.
Unikal.org report-a istinadən bildirir ki, hadisə Xətai rayonu Yusif Səfərov küçəsi ev 15/5 ünvanında qeydə alınıb.
Belə ki,1979-cü il təvvəllüdlü Dilarə Hüseynova ağır xəsarətlərlə 3 saylı Şəhər Kliniki Xəstəxanasına aparılıb. Qadın aldığı zərbələrdən xəstəxanada ölüb.
Məlum olub ki, D.Hüseynovanı əri 1974-cü il təvvəllüdlü Namiq Əkbərzadə ailə-məişət zəminində döyüb.
Faktla bağlı Xətai Rayon Prokuroluğunda cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.