Pakistanın paytaxtı İslamabad bazarında çayçılıq edən Arşad Xan adlı gənc qısa müddətdə dünyada məşhurlaşıb. İnternetin son fenomenlərindən olan pakistanlı Arşad model olub.

Unikal.org-un xarici mətbuata istinadən məlumatına görə, İslamabad bazarında çayçılıq edən 18 yaşlı Arşad ölkəsində tanınmış markalardan biri ilə müqavilə bağlayaraq, çəkilişlər üçün  kamera qarşısına keçib.

Kiçik bir əyalətdə yaşayan və 17 bacı-qardaşının olduğunu bildirən Arşad, bundan sonra yaxşı pul qazanaraq ailəsinə baxa biləcəyi üçün çox  sevinclidir.

Qeyd edək ki, fotoqraf Cia Ali mavi gözlü Arşadın fotosunu sosial şəbəkədə paylaşmışdı. Foto qısa müddətdə yayılıb və 10 minlərlə insan tərəfindən bəyənilmişdi. 






Картинки по запросу arshad khan