Ukrayna Premyer Liqasında XV tura yekun vurulub.

Unikal.org apasport.az-a istinadən xəbər verir ki, U-21 millimizin üzvü Dmitri Nağıyevin formasını geyindiyi "Dnepr" səfərdə "Vorskla" ilə qarşılaşıb.

Görüş qonaqların 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Nağıyev komandasının heyətində məhz bu oyunda debüt edib. O, 90-cı dəqiqədə Luçkeviçi əvəzləyib.
Qeyd edək ki, "Dnepr" 15 oyundan sonra 8 xalla 11-ci pillədə qərarlaşıb. Komandanın 6 xalı FİFA tərəfindən silinib.