Amerikalı aktrisa Eşli Qrin ilin son günlərində arzusuna çatıb.
Unikal.org bildirir ki, aktrisanın sevgilisi Pol Kouri ona üzük hədiyyə edərək, evlənmək təklif edib.
Razılıq verən Eşli bu günün onun həyatında ən unudulmaz gün olduğunu bildirib:
"Bu, həyatımın ən romantik anıdır. Sən məni dünyanın ən xoşbəxt qadını elədin. Bir ömür boyu səninlə olmaqdan böyük sevinc ola bilməz".
Qrin Polun verdiyi üzüyün fotosunu İnstaqram səhifəsində paylaşaraq, izləyiciləri ilə sevincini bölüşüb.