Bakıda bayram günləri təcili yardıma çağırışların sayı açıqlanıb. 

Unikal.org bildirir ki, Bakı Şəhəri üzrə Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından Lent.az-ın sorğusuna verilən cavaba görə, dekabrın 31-də təcili yardıma 2855, yanvarın 1-də isə 2994 çağırış olub.

Nəticədə dekabrın 31-də 183, yanvarın 1-də isə 186 nəfər xəstəxanaya yerləşdirilib. Təcili yardıma şikayətlər daha çox qızdırma ilə bağlı olub.