Rövşən Lənkəranski Rəşad İsmayılov adlı azərbaycanlı avtoritetin əmriylə qətlə yetirilib.
Unikal.org-un məlumat verir ki, Lent.az-ın məlumatına görə, bu barədə "Rosbalta hüquq-mühafizə orqanlarındakı mənbədən məlumat daxil olub. Məlumata görə, Lənkəranskinin qətli ilə Moskvada "göyərti kralı kimi tanınan və öz evinin qarşısında güllələnərək öldürülən Canbulat Şamiloğlunun qisası alınıb.
Qeyd edək ki, Rəşad İsmayılov kriminal aləmdə Rəşad Gəncinski kimi tanınır.
Təfərrüat bir azdan-¦
Xatırladaq ki, 2013-cü ildə Moskva polisi paytaxtın "Korçma Taras Bulba restoranında oğru "sxodkasının qarşısını alıb. Əməliyyat nəticəsində cinayətkar aləmin 3 lideri həbs olunub.
Saxlanılanlardan biri 2012-ci il "DedXasan klanı tərəfindən taclandırılan azərbaycanlı Rəşad İsmayılovdur. "Rəşad Gəncinski ləqəbli həmyerlimizdən əlavə, gürcüstanlı Mamuka Çkadua ("Mamuka Qalski) və Gizo Kardava da tutulub.