Bakıda dəm qazı ailə faciəsinə səbəb olub.
Unikal.org xəbər verir ki, Nizami rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə rayonun Bəhruz Nuroyev küçəsi 81 ünvanında yerləşən yataqxanada qeydə alınıb.
Orada yaşayanlar - 23 yaşlı Cəfər Elşad oğlu Quliyev və xalası, 50 yaşlı Sevinc Allahverdi qızı Əliyeva dəm qazından boğularaq ölüblər.
Faktla bağlı araşdırma aparılır.