"Fənərbağça"nın daha bir ukraynalı futbolçunu icarəyə götürmək istəyi baş tutmayıb.
Unikal.org goal.az-a istinadən xəbər verir ki, "sarı lacivərdlilər" Serqey Sidorçuka görə Kiyev "Dinamo"suna təklif göndərsə də, rədd cavabı alıb.
Bir müddət öncə Türkiyə mediası Emmanuel Emenikenin "Dinamo"ya göndərilib əvəzində Sidorçukun İstanbula gətiriəcəyini yazmışdı. Bu mövsüm daxili çempionatda 16 oyuna çıxan Sidorçuk 3 qol vurub.