"İçerde" serialının məşhur aktyoru Çağatay Ulusoy pəhrizə başlayıb.
Unikal.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, xəstəliyi səbəbindən həkimlər ona kremli qidalar, şokolad, spirtli içki, xəmir yeməkləri, qatı yağlar və qazlı içkilər qəbul etməsinə qadağa qoyub.
Qeyd edək ki, bir neçə gün öncə qaraciyər yağlanmasından əziyyət çəkən aktyor Maslak xəstəxanasına yerləşdirilmişdi.