Azərbaycan Gənclər və İdman Naziriyi "Şən və Hazırcavablar klublarının KVN Rusiyanın Soçi şəhərində baş tutan 28-ci beynəlxalq festivalına Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş Dağlıq Qarabağ ərazisində yaradılmış separatçı rejimin komandalarının qatılması ilə bağlı bəyanat yayıb.

Unikaal.org-un məlumata görə, bəyanatda deyiir:

"Şən və Hazırcavablar klublarının KVN Rusiyanın Soçi şəhərində baş tutan 28-ci beynəlxalq festivalının seçmə mərhələsində ümumilikdə 500-ə yaxın komanda qeydiyyatdan keçib. Azərbaycan bu festivala "Bakı Yığması ilə qatılıb. "Şən və hazırcavablar klubunun (KVN) beynəlxalq ittifaqı və "AMİK televiziya yaradıcılıq birliyinin Azərbaycan Respublikasının Ermənistan tərəfindən işğal olunmuş ərazilərində yaradılmış qondarma rejim adından fəaliyyət göstərən "С хлебом и солью və "DeleYaman KVN komandalarının 10-23 yanvar 2016-cı il tarixində Soçidə keçirilən 28-ci Beynəlxalq KVN festivalına dəvəti ilə əlaqədar məsələyə müdaxilə edilməsi üçün Gənclər və İdman Naziri Azad Rəhimov tərəfindən KVN Beynəlxalq ittifaqının prezidenti Aleksandr Maslyukova məktub göndərilib və festivalın təşkilat komitəsi ilə danışıqlar aparılıb.

Qoyulan əsas tələbin isə, ya o komandaların orada Xankəndi adı altında Azərbaycanı təmsil edərək iştirak etmələri, ya da həmin komandaların yarışmadan ayrılmaları idi. Bununla yanaşı, bu mövzu ilə əlaqədar olaraq Xarici İşlər Nazirliyi tərəfindən bəyanat verilib, Rusiya XİN-nə nota göndərilib.

Qeyd edək ki, Ermənistan yarışın seçmə mərhələsinə ümumilikdə 5 komanda ilə qatılıb. Bu komandalardan 2-si Xankəndini, 2-si Ermənistanı, 1-i isə "Ermənistan yığması adı altında Moskvadanı təmsil edib.

Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma rejim adından fəaliyyət göstərən "С хлебом и солью və "DeleYaman komandalarının iştirakı yalnız 500 komandanın qatıldığı və 10-14 yanvar tarixlərində aparılan seçmə mərhələsi ilə məhdudlaşıb. Ermənistanın 28-ci Beynəlxalq KVN festivalını Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimi təbliğat meydanına çevirmək kimi çirkin niyyəti və planı baş tutmayıb. Ermənistan tərəfi bu uğursuzluğa bəraət qazandırmaq üçün seçmə mərhələsində 500 komanda arasında 2-3 dəqiqəlik "razminkanı iştirak kimi təqdim etməyə çalışır.

Qeyd edək ki, Ermənistan 2-ci tura yalnız Moskvada olan "Ermənistan yığması ilə keçə bilib. Ümumilikdə 2-ci mərhələyə 81 komanda vəsiqə qazanıb ki, onların arasında Azərbaycan təmsilçiləri də var.