Azərbaycan Pankration Qrapplinq və MMA Federasiyanın ilin yekunlarına həsr olunan iclası keçirilib.
Unikal.org-un məlumatına görə, federasiyanın prezidenti Azad Əsgərov çıxışında əvvəlcə 2016-cı ildə keçirilən yarışlardan, idmançılarımızın qazandığı nəticələrdən söz açıb. Hər 3 növdə xeyli inkişaf olduğunu vurğulayan federasiya prezidenti, bunun, qazanılan uğurlarda əks olunduğuğunu bildirib.
Bakıda və bölgələrdə fəaliyyət göstərən bölmələrin məşqçi-müəllim heyətinin, həmçinin, hakimlərin qatıldığı tədbirdə ötən ilin nəticələri təhlil edilib, yeni planlar müzakirə olunub.
Çıxış edənlər sözügedən idman növlərinin kütləviləşməsi, coğrafiyasının genişlənməsi istiqamətində atılacaq addımlardan söz açıblar.
Əsas hədəflərdən birinin isə, təbii ki, oktyabr ayında paytaxtımızda keçiriləcək qrapplinq üzrə dünya çempionatı olduğu diqqətə çatdırılıb. Tədbirin sonunda fərqlənən idmançılara və məşqçilərə federasiyanın diplomları təqdim olunub.