Vergilər Nazirliyi Əməkdar artist, müğənni Abbas Bağırovun vergi üzrə faiz borcunu silib.

Unikal.org -un report-a istinadən məlumatına görə, silinən ümumi məbləğ 8473,5 manatdır.

Qeyd edək ki, bir müddət əvvəl müğənni nazirliyi ona qanunsuz olaraq 30 min manat cərimə yazmaqda ittiham etmişdir.

Xatırladaq ki, vergi borcuna görə faizlər 2017-ci il yanvarın 1-dən silinib.