Vergilər Nazirliyi "Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında Qanunun 1-ci, 2.1-ci və 3-cü maddələrinə əsasən faiz və maliyyə sanksiyaları üzrə 01.01.2017-ci il tarixə mövcud olan borcları qeyd-şərtsiz silinmiş hüquqi şəxslərin adlı siyahısını açıqlayıb.
Unikal.org-un məlumatına görə, vergi amnistiyasından yararlanan hüquqi şəxslərin siyahısında "Çudo Peçka" MMC-nin də adı yer alıb. MMC-nin 815,9 manat borcu silinib.
Xatırladaq ki, "Çudo Peçkanın sahibi Çingiz Çəlilovdur. Onun oğlu Anar Cəlilov məşhur müğənni Röya Ayxanın keçmiş həyat yoldaşıdır.