Azərbaycan millisinin qapıçısı Kamran Ağayev cəzalandırılıb.
Unikal.org-un verdiyi məlumata görə, 31 yaşlı qolkiperə Portuqaliya Futbol Federasiyasının (PFF) İntizam Komitəsi tərəfindən 3 oyunluq cəza kəsilib.
Buna səbəb Ağayevin Portuqaliya çempionatının XVII turu çərçivəsində "Benfika ilə matçdan sonra insident nəticəsində qırmızı vərəqə alması olub.
Qeyd edək ki, "Benfika - "Boavişta matçı 3:3 hesabı ilə nəticələnib.