Rusiyanın məşhur müğənnisi Byanka məhkəməyə verilib.
Unikal.org qafqazinfo-ya istinadla xəbər verir ki, "Warner Music Russia şirkəti sənətçidən 8 milyon rubl (təxminən 243281 manat) təzminat tələb edir.
Belə ki, Byanka şirkətdən icazəsiz Azərbaycan, Qazaxıstan və Almaniyada konsert verib.
Onun 50-ə kimi qanunsuz səhnəyə çıxdığı bildirilib.
Səsyazma şirkətinin nümayəndəsi qeyd edib ki, şirkət sənətçi ilə 2012-ci ildə müqavilə imzalayıb:
"Razılaşdırılmamış konsertlərin sayı 50-yə çatır. Müqavilə şərtlərinə uyğun olaraq konsert verən zaman bizdən icazə almalıdır. Əks halda, həmin məkanlardan əldə etdiyin gəlirin yarı faizi bizə ödəniləcəkdi. O isə qaydaları pozub.