Ötən gün müğənnilər Elşad və Rəvan Qarayevlər "5/5" verilişində qonaq olublar.
Unikal.org xəbər verir ki, aparıcı Zaur Kamal Rəvanın ona verdiyi hədiyyədən söz açıb:
"Məni necə görürsən? Gözlərin görmür? Mənim ölçümü bilmirsən? 56 ölçülü şalvar alıb gətirmisən".
Müğənni isə atasını köməyə çağırıb: "Bir ildir ki, bu sözü deyirsən. Ay ata, gəl mənə kömək elə. Bu məni öldürüb".
Elşad Qarayev isə cavabında: "Bu yaxşılıq bilən deyil. Sənə verib ki, sən də o şalvarı kiməsə hədiyyə edəsən. Uşağı təkləmə, mən burdayam".