Ölüm xəbəri yayılan aktrisa Fatma Girik uzun müddətdən sonra ilk dəfə görüntülənib.

Unikal.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, Beşiktaşın bələdiyyə başçısı Başkan Hazinedar aktrisanı evində ziyarət edib.

O, səhhətinin yaxşı olduğunu söyləyib.

"Sağlığım yerindədi. Haqqımda yayılan ölüm xəbərlərinə inanmayın. Ən qısa zamanda ayağa qalxıb sevənlərimlə görüşəcəyəm".