Meyxanaçı Namiq Qaraçuxurlu sosial şəbəkədə rusiyalı tanınmış Taşa Turova ilə fotolarına münasibət bildirib.

Unikal.org xəbər verir ki, axşam.az-a açıqlama verən sənətçi bildirib ki, Taşa onun "Soyuqdur" mahnısına çəkdirdiyi klipdə rol alacaq:

"Taşa Turova ilə Almaniyadan Moskvaya uçarkən tanış olduq. Mən klip çəkilişindən, o isə konsertdən gəlirdi. Bakıya gələndə klipimin ssenarisində dəyişiklik edildi və xanım tərəf müqabili lazım oldu. Taşaya ssenarini göndərdim, bəyəndi və çəkilməyə razılaşdı. Artıq bir neçə gündür qonağımdır, klip çəkilişlərinə başladıq. Xanım rolunun öhdəsindən məharətlə gəlib. İnanıram ki, tamaşaçılar da bəyənəcəklər. Elə buradan da Taşaya təklifimi qəbul etdiyi üçün təşəkkür edirəm".

Namiq rusiyalı məşhur qızla yayılan FOTOlarından danışdı