Azərbaycanda mövcud olan kinoteatrlar və istifadəsiz qalan mədəniyyət ocaqları mərhələli şəkildə özəlləşdiriləcək. Yeri gəlmişkən, 2016-cı ildə ölkəmizə gələn turistlərin sayı da çoxalıb. Ətraflı sujetdə izləyək.

Unikal.org  ARB24-ə istinadən xəbər verir ki, Azərbaycanda mövcud olan kinoteatrlar və istifadəsiz qalan mədəniyyət ocaqları özəlləşdiriləcək. Proses mərhələli şəkildə olacaq. Fövqəladə vəziyyət yaranan mədəniyyət obyektlərində lazımi işlər həyata keçiriləcək. Ötən il Azərbaycana gələn turistlərin sayı da çoxalıb. 2015-ci illə müqayisədə ölkəmizi ziyarət edən əcnəbilərin sayı 11,7 faiz artıb. Xarici qonaqların 2017-ci ildə də artacağı gözlənilir. "ASAN VİZAnın tətbiq olunması Azərbaycana əcnəbi axınını daha da gücləndirəcək. Bu il də ölkəmizə gələn turistlərin sayında 6-7 faizlik artımın olacağı gözlənilir. 

Yeri gəlmişkən, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Sumqayıtda vətəndaşları qəbul edib. Bütün yeniliklər və planlar barədə yerli sakinlərlə söhbəti zamanı məlumat verib.