Türkiyəli məşhur müğənni Mustafa Ceceli yol polisinin "saxla əmrinə riayyət etməyib.
Unikal.org xəbər verir ki, sənətçi Etiler ərazisində qayda pozub və polislərin olduğu ərazidən uzaqlaşmağa çalışıb.
Bir qədər sonra həmin ərazidə maşın dayandırılıb, lakin o, yenidən qazı basaraq izini itirməyə çalışıb.
Yaxın dostunu Zincirlikuyu ərazisində düşürərək evinə getmək istəyib, amma polislər avtomobillə qarşısını kəsib.
Yoxlanış zamanı onun sərxoş olmadığı məlum olub.
Sənətçi dövlət məmurunun həyatını təhlükəyə atdığı, nəzarət nöqtəsindən qaçdığı üçün 301 TL cərimələnib.
Mustafa Ceceli jurnalistlərin 'Niyə qaçdınız' sualına, 'Sizdən qorxduq" cavabını verib: "Xanım yaxın tanışımın arvadıdır. Ona musiqi dinlədirdim. Müğənni Mustafa Ceceli, 2003-cü ildə hacı olmuş, 2008-ci ildə Sinem Ceceli ilə evlənib."