Gunn Narten vətəndaşı olduğu Norveçdə yanğın söndürmə briqadasında xilasedici vəzifəsində çalışır. O, fotoşəkillərini ictimai mediada paylaşdıqdan sonra qısa müddətdə fenomen olub.
Unikal.org xəbər verir ki, internet şəbəkələrində qibtə edilən Gunni Sputnik-ə maraqlı açıqlama verib.
Bu sahədə xanımların az çalışdığını deyən Gunn Narten çalışdığı yerdə özünü qadın xilasedici kimi hiss etmədiyini deyib: "Bu işdə qadın və ya kişi olmasının bir əhəmiyyəti yoxdur. Hər hansısa bir işi görmək üçün qadın və yaxud kişi eyni testlərdən keçirsiniz."
Modellik təklifi alıb almadığı sualını cavablayan Nartenn bildirib ki, əvvəl model olaraq çalışdım, əyləncəli bir iş idi: "Ancaq mən sağlam bir həyat təqdim edən, hər kəsin normal kiloda olduğu bir işlə məşğul olmaq istəyirdim. Ona görə də, bu sahəni seçdim."
Sosial media fenomeni olmasının ardından da həyatının çox dəyişmədiyini ifadə edən Nartenn, yalnız bir çox insandan müsbət mesajlar aldığını ifadə etdi. Nartenn fotolarının birində yük avtomobilinin qaldırmasına da münasibət bildirib: "Bəli, təbii ki qaldırdım. Çox da ağır bir şey deyildi."