Rejissor Aqil M.Quliyev xalq artisti Aygün Kazımovanın ad gününü fərqli formada təbrik edib.

Unikal.org-un məlumatına görə, rejissor illər əvvəl müğənni haqda lentə aldığı qısa filmi paylaşaraq bunları qeyd edib:

"Aygün Kazımova - şou-biznesdə ən çox iş gördüyüm, reklam kampaniyaları işlədiyim, ən səmimi, real ulduz. İşbirliyimiz 1997-1998-ci illərdə "Vokaliz", "Gecələr keçir", "Qoy işığı söndürüm" kliplərindən başladı. Daha sonra səs-küyə səbəb olan məhsulların reklamları, "Badə" klipi... Aygünün alınmayan dublu olmur, Aygün profidir, Aygün hələ də yeganə seks simvoldur. Bunu 26 yanvarda bilərək paylaşmadım. Bu filmi zalda izləyən Aygün Kazımova ağlamışdı. İlqarə o zaman mənə dedi ki, "Mən sizə nifrət edirəm. Siz mənim anama stres yaşatdınız". İndi deyə bilərəm, bu mənim üçün böyük bir kompliment idi. Bağışla ki, səni o gün ağlatdım. Ad günün mübarək".