Müğənni Hande Yener nişanlısı Ümid Cem Şenola qadağa qoyub.
Unikal.org Türkiyə mətbuatına istinadən məlumatına görə, çoxlu sayda təklif alan Cem daha modelliklə məşğul olmayacaq. Hande aktyorluq dərsləri alan nişanlısı barəsində bunları deyib:
"Cemin nə mənim, nə də başqasının klipində çəkilməyini istəmirəm. Bu məsələdə çox qısqancam".
Qeyd edək ki, cütlük 2 ay öncə nişanlanıb.