"İncəsənət adamlarının içində mənim fanatlarım çoxdur. Bəzisi etiraf edir, bəzisi bunu danır. Məndən sonra gələn ifaçıların əksəriyyəti mənim fanatım olub. Məni efirdə görüb, bətənib, davamçı olmağa çalışınlar. Amma məşhurlaşandan sonra bunu danıblar.
Unikal.org-un məlumatına görə, bu sözləri meyxanaçı Namiq Qaraçuxurlu "Lider maqazinə açıqlamasında deyib.
İfaçı həmkarı Vüqar Əbdülovun onun haqqında dediyi "Mən Namiqin fanatıyam. Amma Namiq aktyor deyil, ona bunu yaraşdırmıram. Sadəcə yaxşı davrana bilir, baxımlı sifəti, sevimli səsi var sözlərinə cavab verib:
"Gələn dəfə film təklifi alsam, Vüqarla məsləhətləşərəm. Əslində bir çox meyxanaçılar mənim fanatım olublar, etiraf etmirlər. Vüqar etiraf edirsə, sağ olsun. Onunla küsülülüyüm olub, amma ötüb keçib. Bunun səbəbini açıqlasam, yeni küsülülük yarana bilər.
N.Qaraçuxurlu bir çox meyxanaçı ilə arasında dava olduğunu etiraf edib:
"Meyxanaçıların əksəriyyəti ilə konfliktim olub, aramızda düşmənçiliklər baş verib. Bu da "Rəvayət klipindən sonra başlayıb. Uğurumu qəbul edə bilmirdilər.Sonra başladım konsertlər təşkil edib, meyxanaçıları bir araya yığmağa. İş yaxşı getdikcə, gördüm altdan işlər görüb, ayağımın altını qazmağa çalışırlar. Mən tək başıma onlarla mübarizə apardım. Fəxrlə deyirəm ki, qalib də gəldim. Bu günə kimi də Namiq Qaraçuxurlu adını qazandım. Bu da risk tələb edir. Gözümü yumub, risk edib, pul xərclədim. Ona görə də bu günə gəldim".