Müğənni Günay İbrahimlidən sonra instaqram hesabını təsdiqlədən azərbaycanlı məşhurlardan biri də ifaçı Safura Əlizadə olub.
Unikal.org xəbər verir ki, bu barədə müğənni özü məlumat verərək bu işdə prodüser Tarix Əliyev (Tolik) köməklik etdiyini bildirib.
Qeyd edək ki, hazırda Türkiyədə yaşayan Safura Əlizadə Energetika naziri Natiq Əliyevin oğlu Fərhad Əliyevlə ailə qurub və cütlüyün bir oğlu var.