Əməkdar artist Röya Ayxan sosial şəbəkələrdən danışıb.
Unikal.org xəbər verir ki, "Oyan Azərbaycan" verilişində müğənni instaqramda canlı yayım etməkdən çəkindiyini bildirib:
"Sosial şəbəkədə yeni funksiya çıxıb, canlı yayım. Mən o funksiyaya qoşulmayacam. Əvvəl sosial şəbəkə olmayanda, fanatlar evimə gəlirdi. Məni görmək üçün saatlarla soyuq havada gözləyirdilər. Sosial şəbəkə çıxandan isə hər şey bitdi. Canlı yayımı açıb nə danışacam. Biri ora bir söz yazdı. Mən də dəli adamam, nəsə acı bir söz deyəcəm".