Müğənni Roza Zərgərli axşam.az saytına açıqlamasında maqazin verilişlərini tənqid etmişdi.

Unikal.org xəbər verir ki, ifaçının "Cəmi iki-üç maqazin verilişimiz var. ARB-də yayımlanan maqazin proqramı səviyyəlidir. "ATV maqazin" isə illərdir davam edir, artıq tükəniblər. Nə qədər eyni beş adamı reklam etmək olar?" sözlərinə cavab gəlib.

"ATV maqazin onlarla verilişinin aparıcısı Afaq Gəncəli proqramında ad çəkmədən R.Zərgərlinin dediklərinə belə münasibət bildirib:

"Bəzi əllərinə mikrafon alıb oxuyanlar deyirlər ki, maqazin verilişləri tükəniblər. Eyni müğənnilər üzərində xəbər çatdırırlar. Bir tək onu deyə bilərik ki, maqazin verilişləri keyfiyyətli müğənnilərdən xəbər çatdırırlar. Keyfiyyətsizləri isə əsla onlara təqdim etmirlər".