Türkiyəli müğənni və rejissor Mahsun Kırmızıgülün lentə aldığı "Vezir parmağı adlı yeni filminin iki rayonda yayımlanması qadağan edilib.
Unikal.org-un "DHAya istinadən verdiyi məlumata görə, Mersin şəhərinin Anamur rayonunun bələdiyyə sədri, MHP-li millət vəkili Mehmet Türe ilə Kayseri şəhərinin Dəvəli rayonunun bələdiyyə rəhbəri, AKP-li deputat Mehmet Cabbarın qərarına əsasən, film bu iki ərazidə yayımlanmayacaq.
M. Türe sosial şəbəkədə "Mən olduğum müddətdə Mahsun Kırmızıgül kimi birinin çəkdiyi "Vezir parmağı və buna oxşar filmlər əsla Anamur sərhədləri daxilində yayımlana bilməz. PKK-ya simpatiyası olan, buna terror təşkilatı deye bilməyən və əməliyyatlara qarşı çıxaraq Türkiyəni təqsirləndirilən bu və bunun kimi sənətçilərə bizim də sözümüz olacaq deyə yazıb.
M. Cabbar isə filmin milli-mənəvi dəyərlərə qarşı olduğunu iddia edib.
Qeyd edək ki,"Vezir parmağında baş rolları Mahsun kırmızıgüllə Gülben Ergen canlandırıb.