Türkyəli aktrisa Tuba Büyüküstün və həyat yoldaşı aktyor Onur Saylak razılaşma əsasında boşanacaqlar.
Unikal.org xəbər verir ki, cütlüyün əkiz uşaqları Maya və Toprağın himayədarlığı Tubaya verilib. Lakin Onur istədiyi zaman uşaqları ilə görüşə biləcək.
İkili mal-mülklərini də bölüşdürüblər. Belə ki, İstanbulun Çiftehavuzlar səmtində yerləşən 2 milyon dollarlıq villa və "Mercedes" avtomobili Tubanın, Acıbademdəki 1 milyon dollarlıq malikanə isə Onurun olub.
Qeyd edək ki, "Asi" serialının çəkilişləri zamanı tanış olan cütlük 2011-ci ildə Parisdə ailə qurmuşdu.