Sumqayıtda elektrik sayğaclarını yandıran şəxs saxlanılıb.
Unikal.org xəbər verir ki, keçirilən əməliyyat axtarış tədbirləri nəticəsində şəhər sakini 18 yaşlı Pərviz Qasımov tutularaq istintaqa təhvil verilib.
O, ilkin ifadəsində sayğacları bilərəkdən yandırdığını etiraf edib.
Saxlanılan şəxsin ruhi xəstə olduğu bildirilib. Bir neçə gün öncə şəhərin 1-ci mkr ərazisində 30 dan çox elektrik sayğacı yanaraq sıradan çıxıb. Faktla bağlı cinayət işi açılıb, araşdırmalar aparılır.