Bakıda qətl törədilib.

Unikal.org Apa-ya istinadəən xəbər verir ki, bu barədə Nərimanov rayon Polis İdarəsindən məlumat verilib.

Bildirilib ki, rayonun Ağa Nemətulla küçəsində yaşayan 1953-cü il təvəllüdlü Firudin Hüseynovun meyiti yaşadığı evdə tapılıb. O, başından küt alətlə vurularaq öldürülüb.

Baş vermiş hadisə ilə bağlı əməliyyat-istintaq qrupu yaradılıb.

Hazırda hadisəni törədən şəxs və ya şəxslərin müəyyən edilərək tutulması istiqamətində tədbirlər davam etdirilir.