"Qəbələ" klubu AZAL komandası ilə keçirdiyi Azərbaycan Premyer Liqasının XVII tur matçında itki ilə üzləşib.
Unikal.org "Report"a istinadən xəbər verir ki, ukraynalı legioner 38-ci dəqiqədə rəqib oyunçu Röyal Nəcəfovla top uğrunda mübarizə zamanı xəsarət alıb.
Ayağı burxulan müdafiəçi həkimlərin müdaxiləsinə baxmayaraq, oyuna davam edə bilməyib. O, yerini Məhəmməd Mirzəbəyova verib.
Qeyd edək ki, ilk yarıdan sonra hesab açılmayıb - 0:0.