Bu gün həndbol üzrə qadınlardan ibarət ABU klubu Polşanın Elblaq şəhərinə yola düşüb.
Unikal.org apasport.az-a istinadən xəbər verir ki, yeni mövsümdən "Azəryol" adlanacaq komandanın səfərində məqsəd "Çelenc Cup"ın 1/8 finalında iştirakdır.
Belə ki, Rəfiqə Şabanovanın başçılıq etdiyi klub hər 2 görüşünü rəqib meydanında keçirəcək. "Kram Start Elblaq"la oyunlar fevralın 10-da və 11-də təşkil ediləcək.
Bakı təmsilçisi Polşaya 14 həndbolçu ilə yollanıb.