Bu gün səhər saatlarından etibarən "28 mall" ticarət mərkəzinin işıqları yanmır.

Bu səbəbdən alıcılar "28 mall"un içinə daxil ola bilmirlər.

Unikal.org bildirir ki, Qafqazinfo məsələ ilə əlaqədar "Azərişıq" ASC-nin Mətbuat Xidmətinin rəhbəri Tanrıverdi Mustafayevlə əlaqə saxlayıb. O qeyd edib ki, problemdən xəbərdardır: "İşığın olmamasının bizimlə əlaqəsi yoxdur. Ticarət mərkəzinin öz daxili işıq xətlərində qəza baş verib. Ona görə də "28 mall" rəhbərliyi problemin aradan qaldırılması üçün bizə müraciət edib. Hazırda əməkdaşlarımız ordadır və qəzanın aradan qaldırılması üçün çalışırlar".

***15:57

Metronun "28 may" stansiyasının yaxınlığında yerləşən "28 Mall" ticarət mərkəzinin qapıları bağlanıb. Hazırda ticarət mərkəzinin qapılarında izdiham yaşanır.

Unikal.org xəbər verir ki, bu barədə içilər Milli.Az-a məlumat veriblər.

Bildiriblər ki, ticarət mərkəzinin işıqları sönüb.

İşıqlar söndüyünə görə alıcılar da içəri buraxılmır. Mühafizəçilərin sözlərinə görə, mərkəz axşam saat 18:00-dan sonra açılacaq.

Hələlik ticarət mərkəzinin rəsmilərindən məsələ ilə bağlı açıqlama almaq mümkün olmayıb.

"28 Mall" ticarət mərkəzi bağlanıb - FOTO

"28 Mall" ticarət mərkəzi bağlanıb - FOTO