Pərəstişkarı olduğu cizgi film obrazına bənzəmək üçün bir çox estetik əməliyyat etdirən Fox, ən son Yanvar ayında İstanbula gələrək yeni əməliyyat etdirib.
Unikal.org türkiyə mediasına istinadən bildirir ki, model xəyallarındakı cizgi filmi obrazı olan Arielə çata bilmək üçün ən son dodaqlarını qalıcı makiyaj ilə qırmızılaşdırıb, saçlarını da qırmızı şərab rənginə boyadıb.

26 yaşında olan model bu günə qədər 100-dən çox estetik əməliyyat etdirib. Hədəfi isə real həyatda yaşayan bir Disney cizgi film obrazı olmaqdır.

Köhnə bir İsveçli elektrik texniki olan Fox, yeni imicini Instagram hesabından paylaşıb.

Fox, bu günə qədər estetik əməliyyatlara 500 min TLə yaxın pul xərcləyib. Bu əməliyyatlardan ən iddialısı isə qabırğa sümüklərini çıxartdıraraq bel ətrafını 30 sm incəltməsi olub.













