İssei Saqava: Sorbonna Universitetinin tələbəsi olub və həmişə yaxşı qiymətləri ilə seçilib. Çox da yaraşıqlı olmasa da, qadınlar ona daim meyшl salırdı. 1981-ci ilin 1 iyununda Saqava tələbə yoldaşı olan hollandiyalı Rene Hartvelti evinə dəvət edir, daha sonra evdə qızın parçalanmış cəsədini tapırlar. Yapon manyak iki gün ərzində qızın ətini yeyirmiş. Saqava evdən qaçaraq gizlənsə də, beş gün sonra fransız polisi onu tutuк. Yapon manyak bir il yarım psixi klinikada qalandan sonra azadlığa çıxır. Tibbi komissiya onun ağlını itirdiyi haqda rəy verdi və Saqavanı vətəninə - Yaponiyaya ekstradisiya etdilər. Hazırda Saqava Tokioda yaşayır və şəhərin ulduzu sayılır. O, tok-şouların tez-tez dəvət olunan qonağıdır, məsləhətlər verməklə, həmçinin, kulinariya tənqidçisi olaraq pul qazanır.
Armin Mayves:Almaniyadan olan adamyeyənin 8 yaşı olanda validenyləri boşanır. Armin anası ilə yaşayırdı və atası öləndən sonra onun anası başqa kişilərlə görüşməyə başladı. Həmin vaxtdan onun psixi pozuntularının olduğu deyilir.
2001-ci ildə 41 yaşlı Armin internetdə belə elan verdi: "18-25 yaş arası yeyilmək istəyən kişi axtarır. Təəccübldür ki, onun elanına tezliklə cavab verən tapıldı. Homoseksual olan 43 yaşlı Brend Brandes Arminin təklifinə razı idi. Armin Brendi qətlə yetirməsini videolentə almışdı. Onlar sekslə məşğul olandan sonra, ağrının yox olmasına səbəb olacaq qədər dozada spirtli içki qəbul etmiş Brendin cinsiyyət orqanını kəsir və birlikdə bu orqanı yeməyə başlayırlar. Sonra Armin öz məşuqunu öldürdü və onun ətini soyuducuya qoydu. O, bu əti bir neçə ay ərzində yedi. 2002-ci ildə adamyeyəni həbs etdilər. Həmin vaxta qədər o, artıq 20 kiloqrama qədər insan əti yemişdi. Əvvəlcə 8,5 il həbs cəzası verildi, sonra cəzası ömürlük həbslə əvəz olundu. Maraqlıdır ki, Armin həbsxanada vegeterian oldu.
Ceffri Damer: amerikalı adamyeyən 13 il ərzində 17 oğlanı öldürüb. O, qurbanlarını əvvəlcə zorlayır, sonra ödürərək, ətini yeyirdi. Cefrinin uşaqlığı ağır keçib. 13 yaşında anladı ki, homoseksualdır. O, ilk qətlini 1978-ci ildə, 18 yaşı olanda törətdi. Sonra qurbanları ilə tanışılığın sxemini yaratdı: gey-klublarda oğlanla tanış olur, sonra bardan kənara çıxmağı təklif edirdi. Öz qurbanlarının başını drellə deşirdi. Bəziləri iki gün boyunca belə yaşayırdı. Manyak qurbanlarını zorlayır və onları yeyirdi. 1988-ci ildə o, 13 yaşlı oğlanı qaçıranda polis tərəfindən həbs olundu. Məhkəmə onu islahedici işə məhkum etdi, lakin qatil qurbanlarını öldürüb yeməyə davam edirdi. 1991-ci ilin yayında Ceffri yeni qətl törətməyə hazırlaşarkən qurban qaçdı. Polis onun mənzilinə basqın etdi və dəhşətli mənzərə ilə üz-üzə qaldı. Soyuducuda üç baş, ürək və içalat tapıldı. Mənzildə 11 cəsədin qalıqları var idi. 1994-cü ildə həbsxanada məhbuslar onu metal borusu ilə öldürdülər. Onun cəsədi bir il soyuduca qalandan sonra yandırıldı.