Bir də şübhə yaradan bir sual haqqında
Bu ilin parlament seckiləri otən ilkilərdən fərqli oldu. Cünki məntəqələrdə adam əlindən "yer" tapmaq olmurdu. Olmurdu ona görə ki, büdcə təşkilatlarında çalışan işcilərin "hərəkətlər"i bütün hərəkətləri üstələmişdi. Elə buna görə də layiqli olmasa da, lazımi namizədlərə səs verib gedirdilər. Ən azı buna görə 7 noyabrda "demokratik" secki kecirildiyini bəyan etməyə dəyər...
Təbii ki, builki seçkiyə görə MSK sədri Məzahir Pənahova xüsusi təşəkkür düşür. Axı ən azından "parlament" sözünü tələffüz edə bilməyən şəxslər o binada oturub maket kimi görsənəcəklər. Ən azı parlament binası dolu olacaq, ən azı qalstuklu iş adamlarının sayı artacaq və ən əsası danışacaq, ağzını açacaq adamı parlamentdə tapmaq üçün bir az əziyyət çəkəcəyik.
Bunu ona görə deyirəm ki, mandat alan elə insanlar var ki, onları yaxından tanımaq imkanım oldu. Tanıdığım bu namizədlər o qədər istedadlı və mərd insanlar idi ki, heç cür inanmıram, onlar nə zamansa hansısa qanun layihəsi ilə bağlı danışsınlar. Mərd adam çox danışmaz. Amma dərd burdadı ki, yeni deputatlarımızın bir qismi danışmamaq üçün milyonlar belə xərcləməyə hazırdılar. Mən indi "mərd" sözünü harada dırnaqda, harada dırnaqsız yazmaq lazım gəldiyinə əhəmiyyət vermədim. Bəlkə mandat alacaq insanların özü heç olmasa, bu dırnağın yerini özləri tapa bilələr... İkinci tərəfdən, dəhşətlisi və maraqlısı budur ki, yaxından tanıdığım və mandat alanlardan bəzilərinin hansı oliqarxın mətbəxində çay daşıyan olduğunu bilirəm. Hətta elələri olub ki, adi çay gətirəndə üstlərinə qışqırıblar ki, get, yaşıl çay gətir. Bu gün deputat olan həmin çayçılar mandat alanadək bütün rəngləri xislətlərində və üzlərində yaşayıblar. Bunların orada əyləşməsinə ehtiyac varıydımı? Çay icməyə və cay daşımağa bir ZƏRİF bənd bəs etməzdimi, cənablar?
Olmazdımı taleyüklü məsələlərin həll olunduğu bir məkanda məhz bizlərin yükünü cəkə biləcək biriləri əyləyşsin?!
İndi də keçim parlament müxalifətinə. İş burasındadır ki, bu gün parlamentdə müxalifəti "təmsil etdiyini" iddia edən maraqlı və gərəksiz "qədeşlər" də az deyil. Biri ümid verir, birisi ümidini itirir, birisi ictimaiyyətə vəkillik edir, birisi isə nə edəcəyini hələ də düşünür. Hafiz Hacıyev isə deyir ki, parlamentdə oturanların əksəriyyəti lazım olanda prezidentə xəyanət edəcək. Amma arada imkanım olsaydı, bəzi deputatları sınaqdan keçirmək üçün onlara deyərdim: "Həkəri çayının bu səmtindən o biri səmtinə üzün dövləti qorumaq üçün". Yəqin ki, onda ya bunlar mənim ruhum qədər əziz olan Həkəri çayını qurudardılar, ya da...
Nə isə...İndi dediyim budur ki, hazırda parlamentdə təmsil olunanların böyük bir hissəsi heç də sözün həqiqi mənasında nə savadına, nə də ki dünyagörüşünə görə fərqlənirlər. Bəs niyə fərqlənirlər? Bu sualın cavabı hamıya məlumdur. Nə demək istədiyim də yəqin ki, bəllidir. Azərbaycan mətbuatına gəldiyim ilk gündən təkrarladığım bir sözü yenə yada salmaq istəyirəm: "Söz müqəddəsdir. Müqəddəsliyi qorumaq üçün söz sahibi həm də kişiliyini qorumalıdır". Məncə, bu, mətbuatın tərifidir. Bəs bugünkü bəzi deputatlarımızın tərifi nədir? Bu sual həmişə şübhə yaradır.
Digər Xəbərlər
2025-02-25 22:55:04

2025-02-25 20:16:00

2025-02-25 20:06:25

2025-02-25 19:49:50

2025-02-25 19:01:38

2025-02-25 18:38:16

2025-02-25 18:18:27

2025-02-25 18:16:30

2025-02-25 17:24:00

2025-02-25 17:22:03

2025-02-25 17:20:21

2025-02-25 17:13:00

2025-02-25 17:10:18

2025-02-25 17:08:04

2025-02-25 16:59:00

2025-02-25 16:44:01

2025-02-25 16:28:00
