Siyəzəndə dəhşətli qəza baş verib, avtomobil körpüdən aşıb.

Unikal.org milli.az-a istinadən xəbər verir ki, bu gün saat 13:30 radələrində Bakı-Quba yolunun təxminən 95-ci kilometrliyində, Siyəzən rayonu ərazisində Ataçay çayının üstündəki körpüdə "VAZ 2107" markalı, 90-HL497 dövlət nömrə nişanlı avtomobil idarəetməni itirərək yoldan çıxıb və yuvarlanaraq çayın yatağına aşıb.

Nəticədə sürücü və sərnişinlər müxtəlif bədən xəsarətləri alıblar. Sürücünün vəziyyəti daha ağır olub. Yaralılar Siyəzən Regional Müalicə Diaqnostika Mərkəzinə çatdırılıblar.