Ərzurumun Xorasan mahalında bərbər işləyən 70 yaşlı Hacı Kırmacı 50 ildir bəslədiyi bığlarını kəsmir.

Unikal.org bildirir ki, hazırda onun bığlarının uzunluğu 1,5 metrdir. Xüsusi yağlar və dərmanlar vasitəsi ilə bığlarını bəsləyən "Pala" ləqəbli bərbər ölənə qədər bığlarını saxlayacağını deyir.

Xorasana gələn yerli və xarici turistlər bu insana böyük maraq göstərir və onunla xatirə fotosu çəkdirirlər.