Türkiyədə ən çox motosikletdən istifadə edən Kiliste bölgəsinin sakinləri bu nəqliyyat vasitəsindən gündəlik təlabatları üçün yararlanırlar. 

Unikal.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu regionda motosikletdən istifadə edən vətədaşın daşıdığı yükün görüntüləri diqqət çəkib.

Belə ki, sürücünün motosikletdə böyük həcmli qapını yerləşdirməsi və daşıması geniş müzakirələrə səbəb olub.  

Təhlükəsizliyə diqqət etməyən sürücüsü və arxasındakı sərnişin, ətrafdakıların çaşqın baxışlarına fikir vermədən yoluna davam edirlər.