"Mən anlamıram ki, atamın vəfatından sonra mənim gündəmə gəlməyim nə ilə bağlıdır.
Unikal.org xəbər verir ki, bu sözləri azxeber.com-a açıqlamasında məşhur şair Yetim Eyvazın oğlu Aqşin Qurbanov deyib.
O mətbuatda haqqında yazılanlardan narahat olduğunu da dilə gətirib: "Mətbuat nəyə görə məndən yazır axı? Mən uzun illər əvvəl müğənni olmuşam, hazırda isə başqa işlə məşğulam. Mən anlamıram ki, atam ölüb, mətbuat isə məni araşdırır, hamı məni söyür. Bir daha deyirəm ki, atamla aramızda heç bir problem olmayıb və ola da bilməz. Mən onunla çox mehriban idim. Allah atama rəhmət eləsin. Mən bu acını yaşayıram.
Aqşin cinsi orientasiyası ilə bağlı suala isə belə cavab verib: "Bunların hamısı yalandır, mən o açıqlamanı verən sürücünü tapacam, cəzasını verəcəm. Ona başa salarlar ki, kimsə cinsi azlıq demək nə deməkdir.
Qeyd edək ki, Yetim Eyvaz bir neçə gün öncə dünyasını dəyişib.