İstanbulun əhalisi son 5 ildə 1 milyon nəfər artıb.
Unikal.org-un "sputnik"-ə istinadən xəbərinə görə, 1927-ci ildə İstanbulun 806 min nəfər əhalisi olub.
Bu göstərici 2016-cı ildə 14 milyon 804 min 116 nəfərə çatıb. Son 5 ildə əhalisinin sayı 1 milyon nəfər artan İstanbul şəhəri, əhali sayına görə dünyanın 145 ölkəsini geridə buraxıb.
Türkiyə Statistika İdarəsinin məlumatına görə, 2016-cı ilin sonunda 79 milyon 814 min 871 nəfər olaraq müəyyən edilən Türkiyə əhalisinin 18,5 faizi, məhz İstanbulda yaşayır.