Təhsil Nazirliyi mətbuatda tədris rus dilində aparılan ümumi təhsil müəssisələri üçün X sinif "Ð’ÑÐµÐ¾Ð±Ñ‰Ð°Ñ Ð¸ÑÑ‚Ð¾Ñ€Ð¸Ñ dərsliyi ilə bağlı yayılmış məlumatlara aydınlıq gətirib.
Unikal.org xəbər verir ki, nazirlik "Report"un sorğusuna cavab olaraq bildirir ki, həmin dərsliyin Azərbaycan dilində olan orijinalında və gürcü dilində tərcüməsində səhvə yol verilməsə də, rus dilində olan variantında texniki səhv aşkar edilib.
"Aşkarlanmış səhv dərsliyi nəşr və çap edən "Şərq-Qərb nəşriyyatı tərəfindən aradan qaldırılıb və dərslik yenidən çap olunaraq məktəb kitabxanalarına təhvil verilib.
Tədris rus dilində aparılan ümumi təhsil müəssisələri üçün yeni çap olunmuş X sinif "Ð’ÑÐµÐ¾Ð±Ñ‰Ð°Ñ Ð¸ÑÑ‚Ð¾Ñ€Ð¸Ñ dərsliyinin yenilənmiş tirajı şagirdlərə paylanılıb.
X sinif "Ð’ÑÐµÐ¾Ð±Ñ‰Ð°Ñ Ð¸ÑÑ‚Ð¾Ñ€Ð¸Ñ dərsliyinin orijinal Azərbaycan və gürcü dilində tərcümə variantlarından fərqli olaraq, qədim Roma imperiyasının xəritə toponimləri rus dilində olan variantda düzgün verilməyib", - deyə məlumatda qeyd olunub.
Həmçinin bildirilir ki, qeyd olunan dərslikdəki texniki səhvlə bağlı ilkin olaraq Bəhlul Hüseynov adlı vətəndaş Təhsil Nazirliyinin "Qaynar xətt xidmətinə müraciət edib. Təhsil Nazirliyinin rəhbərliyi Bəhlul Hüseynovu qəbul edib və ona əsl vətəndaşlıq mövqeyi nümayiş etdirdiyi üçün təşəkkürünü bildirib.
Məsələ ilə bağlı araşdırma aparılır.