Bu gün "Azərişıq ASC-nin Tədris Mərkəzinin Gənclik korpusunun konfrans zalında LEGRAND şirkəti tərəfindən «Optik texnologiyalar» mövzusunda texniki seminara start verilib.

Unikal.org xəbər verir ki, 11-12 oktyabr tarixlərində keçiriləcək treninqdə fiber optik texnologiyalarının əsasları, onların quruluşu, optik birləşdiriciləri, yoxlanması, daxil olan və qaytarılan itkilər, itkilərin standart göstəriciləri, rabitə xəttinin sertifikasiyası, itki büdcəsinin hesablanması və başqa sahələr üzrə müzakirələr aparılacaq. Seminarda "Azərişıq ASC-nin rabitə, kompyuter xidmətləri şöbələrinin və Tədris Mərkəzinin əməkdaşları iştirak edir.