Gəncə şəhərində mənzildən meyiti tapılan qadının intihar etdiyi məlum olub.
Unikal.org-un report-a istinadən məlumatına görə, oktyabrın 11-də Gəncə şəhəri, Heydər Əliyev prospektində yerləşən mənzillərin birində 47 yaşlı Gülmira Səfixanovanın üzərində bıçaq xəsarəti olan meyiti tapılıb.
Faktla bağlı Gəncə Şəhər Prokurorluğunda istintaq başlanılıb və Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi açılıb.
Faktla bağlı araşdırmalar aparılır.