Ukraynanın Donetsk şəhərində yaşayış binasında partlayış baş verib.

Unikal.org-un qazeta.ru-ya istinadən verdiyi xəbərə görə, beşmərtəbli binada mənzillərdən birində qaz sızması nəticəsində partlayış baş verib. Hadisə nəticəsində ikisi uşaq olmaqla beş nəfərin xəsarət aldığı deyilir, 50 nəfərdən çox sakin binadan təxliyə edilib.

Partlayış nəticəsində bir neçə mənzilə ziyan dəyib.