İran İnqilab keşikçilər Ordusu ölkənin şimal-qərbindəki Qərbi Azərbaycan ərazisində terrorçu qrupu zərərsizləşdirdiklərini açıqlayıb.

Unikal.org-un məlumatına görə, açıqlamada bildirilir ki, qarşıdurma zamanı 4 terrorçu öldürülüb və silahlarına əl qoyulub.

İran İnqilab keşikçiləri Ordusnun Quru qüvvələrinin əməliyyat komandiri Hamza Sayid el-Şuhedanın sözlərinə görə, Çaldıran ərazisində iki vətəndaşın öldürülməsindən sonra bölgədə terrorçu qurupun olduğu təsbit edilib. Bundan sonra terorçularla təhlükəsizlik qüvvələri arasında silahlı insident baş verib.

Əməliyyat komandiri, həmçinin "Belə rejimə qarşı sui-qəsd etməyə çalışan həddini bilməz qüvvələrə göz yumulmayacaqdeyib.