İspaniyanın Kataloniya muxtar vilayətinin parlamenti regionun müstəqilliyi lehinə səs verib.

Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, səsvermədən sonra müstəqilliyin əldə olunması ilə bağlı prosedur başlayacaq.

Xatırladaq ki, oktyabrın 1-də Kataloniya rəhbərliyi müstəqillik haqqında qanunsuz referendum keçirib.

Referndumdan sonra rəsmi Madrid səsvermənin nəticələrini tanımadığını və Kataloniyaya müstəqillik verilməsinə qarşı çıxdığın bildirib.