İspaniya Konstitusiya məhkəməsi Kataloniyanı qərarını dayandırmağa çağırıb.

Unikal.org-un xəbərinə görə, bu barədə "Pais qəzeti yazıb.
"Konstitusiya məhkəməsi regional hökumət, parlamentə müstəqilliklə bağlı qərarın dayandırılmasına üç gün vaxt verib, qəzet yazıb.
Qeyd edək ki, İspaniyanın baş prokurorluğu bölgənin müstəqilliyini elan etmək qərarı ilə əlaqədar oktyabrın 30-da Kataloniya hökuməti və parlamentinə qarşı iddia qaldırmaq niyyətindədir.