Goranboyda çaya düşən avtobusda xəsarət alanlardan ikisinin vəziyyəti ağırdır.

Unikal.org xəbər verir ki, bu barədə trend-ə Səhiyyə Nazirliyinin mətbuat xidmətindən bildirilib. Nazirliyin verdiyi məlumata görə, qəzada 25 nəfər xəsarət alıb.

Onlardan ikisi Gəncə Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib. Qalan 23 nəfər isə Goranboy Rayon Mərkəzi Xəstəxanasında müalicə alır.

Qeyd edək ki, Goranboy rayonunda fəhlələri daşıyan avtobus qəza nəticəsində körpüdən aşaraq çaya düşüb. 

Hadisə Dəliməmmədli şəhərində qeydə alınıb.